Messinin rekorduna 13 il sonra SON QOYULDU
İspaniya La Liqasının VI turunda “Barselona” doğma meydanda “Rasinq”i 7:2 hesabı ilə məğlub edib.
Sitat.info xəbər verir ki, qarşılaşmada braziliyalı hücumçu Rafinya Dias het-trik edib. “Barselona”nın digər qollarını Joao Kanselo, Qabriel Jesus və Lamin Yamal vurub. Asier Villabre isə topu öz qapısına göndərib.
İdman jurnalisti Fabrizio Romanonun məlumatına görə, Rafinya yeni mövsümün ilk yeddi oyununda bütün turnirlərdə 11 qol vurub.
Bununla da braziliyalı futbolçu 2012/13 mövsümünün ilk yeddi oyununda 10 qol vuran Lionel Messinin nəticəsini geridə qoyub.
Rafinyanın hesabında həmçinin üç məhsuldar ötürmə var.
La Liqada altı turdan sonra “Barselona” 18 xalla turnir cədvəlinə başçılıq edir.