"Neftçi" Elvin Camalovla yollarını ayırdı
"Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb.
Sitat.info xəbər verir ki, bu barədə klubun məbuat xidmətindən məlumat verilib.
Futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş E. Camalov bu müddətdə "ağ-qaralar"ın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.