Bu ölkədə 40-dan çox uçuş ləğv edildi

Bu ölkədə 40-dan çox uçuş ləğv edildi
Dünya 17 Sentyabr 2026 10:00
Belçikanın Şarlerua beynəlxalq hava limanında hava nəqliyyatı dispetçerlərinin tətili səbəbindən təxminən 44 uçuş ləğv edilib.

Sitat.info xəbər verir ki, Agence France-Presse-nin (AFP) məlumatına görə, uçuşların 17 sentyabr saat 08:00-dək təxirə salınması 7 mindən çox sərnişinə təsir edib.

Hava nəqliyyatı dispetçerlərinin gecə növbələri üzrə əməkhaqqından narazı olduqları üçün tətil keçirdikləri bildirilir.