Bakı metrosunda sərnişin sayı kəskin artdı

Bakı metrosunda sərnişin sayı kəskin artdı
SOSİAL 16 Sentyabr 2026 19:13
Sentyabrın 15-də Bakı metropoliteninin xidmətlərindən 605 min 81 sərnişin istifadə edib.

Sitat.info xəbər verir ki, bu göstərici avqust ayında qeydə alınan ən yüksək sərnişin sayından – 548 min 751 nəfərdən 9,3 faiz çoxdur.Sərnişin sayındakı artım yeni dərs ilinin başlanması ilə eyni vaxta təsadüf edib.

Hazırda Bakı metrosunda xətlərin ayrılması layihəsi həyata keçirilir. Layihə tamamlandıqdan sonra qatarlararası intervalların azaldılması, sərnişinlərin daha rahat və sürətli daşınması nəzərdə tutulur.