İran və Oman Hörmüz boğazının açılması planında razılaşdı — XİN rəhbəri*
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun qüvvədə qaldığını düşünür.
İran və Oman Hörmüz boğazının gəmiçilik üçün yenidən açılması ilə bağlı plan üzərində razılığa gəliblər.
Sitat.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə görüşündə bildirib.
Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Əraqçi deyib:
“İran tərəfi hesab edir ki, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu qüvvədə qalır. İran artıq Omanla Hörmüz boğazının yenidən açılması planı barədə razılığa gəlib və hesab edir ki, ABŞ tərəfi üzərinə götürdüyü bütün öhdəlikləri vicdanla yerinə yetirməlidir".
Aytac,
Sitat.info