Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib 

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib 
SİYASƏT 16 Sentyabr 2026 09:25

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib.

Sitat.info xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Hörmətli Abdullah M. Əlhaməd, Ərəb Media Forumuna dəvətiniz üçün təşəkkür edir, bu mühüm tədbiri ən yüksək səviyyədə təşkil etdiyiniz üçün səmimi təbriklərimi çatdırıram. Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın Prezidentlərimizin rəhbərliyi və baxışlarına uyğun olaraq daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrimizi yüksək qiymətləndirdim", - deyə o bildirib.