Prezident icra başçısını vəzifəsindən azad etdi - Sərəncam 

@sitat.info

Prezident icra başçısını vəzifəsindən azad etdi

♬ orijinal səs - Sitat.info xəbər portalı
Gündəm 15 Sentyabr 2026 16:31

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Sitat.info” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Ayaz Əsgərov 2016-cı ildən sözügedən vəzifəni icra edirdi.