Deputat Bakının tıxacından danışdı: “Bəzi ölkələrdə sürücülər maşında yatıb gözləyir”

Deputat Bakının tıxacından danışdı: “Bəzi ölkələrdə sürücülər maşında yatıb gözləyir”
TƏHLİL 15 Sentyabr 2026 14:10

"Əvvəla onu qeyd edim ki, tıxac  tək Azərbaycana, tək paytaxt Bakı şəhərinə xas problem deyil. Dünyanın istənilən meqapolisində oxşar situasiya yaşanır. Hətta bəzi ölkələrin paytaxtlarında tıxac o səviyyəyə gəlib çatır ki, sürücülər maşının mühərrikini söndürüb yatırlar və gözləyirlər ki, bir neçə saatdan sonra yollar açılacaq"

Bu sözləri "Sitat.info"ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, problemin aradan qaldırılması istiqamətində xeyli  işlər görülüb: "Təəssüflə qeyd edirik ki, paytaxt Bakıda da bu sahədə vəziyyət heç ürəkaçan deyil. Baxmayaraq ki, həmin problemin aradan qaldırılması istiqamətində xeyli işlər görülüb, bu qədər körpülər tikilib.

Məqsəd də odur ki, tıxac probleminin müəyyən səviyyədə həllinə nail olaq. Ancaq gözləntilər tam effekt verməyib. Müəyyən müsbət proseslər olub. Təsəvvür edin ki, bu körpülər tikilməsəydi, o zaman bu tıxac məsələsi hansı səviyyəyə gəlib çatardı".

Deputat bldirib ki, iş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə bilər: "Ona görə də indi belə təkliflər var ki, dövlət müəssisələrində, ümumiyyətlə qurumlarda iş saatları dəyişdirilsin. Yəni hamı eyni saatlarda işə getməsin. Səhər saatlarında işə getməklə bağlı iki ay müddətinə bir eksperimentin keçirilməsi nəzərdə tutulur. Bununla da nəticə məlum olacaq.  

Bəzi ölkələrdə belə nümunələr var ki, maşınların tək və cüt nömrələrinə uyğun olaraq sürülməsi qaydası tətbiq edilir. Məsələn, nömrəsi təkdirsə tək günlər, cütdürsə cüt günlər... Bununla da yollarda maşınların sayını minimuma endirmək istəyirlər. Belə praktika da var. Ona görə də bunun üzərində düşünülür. Güman edirik ki, atılmış və atılacaq addımlar bu problemin tam da olmasa, müəyyən mənada həllinə gətirib çıxaracaq".

Tehran,

Sitat.info

Digər XƏBƏRLƏR