Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş
HADİSƏ 15 Sentyabr 2026 19:00
Ötən gün Xırdalanda qumbara partlayışı nəticəsində həyatını itirən 2007-ci il təvəllüdlü  Mustafayeva Xədicə Vüsal qızı idmançı olub

Sitat.info Xitab24.az-a istinadən xəbər verir ki, 19 yaşlı gənc idmanın kikboksinq növü ilə məşğul olub və bir sıra turnirlərin qalibi adını qazanıb.

Məlumata görə, X.Mustafayeva partlayışdan öncə ailə üzvlərinə məktub yazıb.

Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.