Hörmüzdə gəmi vuruldu 

Hörmüzdə gəmi vuruldu 
Dünya 15 Sentyabr 2026 15:10

Hörmüz boğazında gəmiyə hücum edilib.

Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Təsdiqlənmiş mənbəyə görə, gəmi naməlum mərmi ilə vurulub. Gəmiyə və ya ətraf mühitə dəyən ziyan barədə heç bir məlumat verilməyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır”, - məlumatda bildirilib.