Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 
Gündəm 15 Sentyabr 2026 15:52
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.