İki dəfə təyyarəmə hücum oldu - Zelenski
Rusiya son həftələr ərzində Ukrayna Prezidenti Vladimir Zelenskinin olduğu təyyarəyə iki dəfə hücum etməyə cəhd göstərib.
Sitat.info xəbər verir ki, bu barədə Zelenski “CBS Nyus” telekanalına müsahibəsində bildirib.
“Moldovada mənim prezident təyyarəm var idi və məhz buna görə onlar Moldovaya hücum etdilər. Evə qayıdanda yenidən Kişinyov üzərindən uçduq və onlar eyni şeyi təkrarladılar”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu, özünü və digər xarici liderləri qorxutmağa yönəlmiş Rusiyanın strategiyasının bir hissəsi olub.
Qeyd edək ki, sentyabrın 9-da Norveçin Baş naziri Yonas Qar Störe Zelenskinin təyyarəsinin Moldovadan havaya qalxarkən az qala vurulduğunu demişdi.