Ərdoğan Azərbaycanı təbrik etdi - Foto 

Ərdoğan Azərbaycanı təbrik etdi - Foto 
SİYASƏT 15 Sentyabr 2026 14:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr - Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub.

“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edirəm və Qafqaz İslam Ordusunun komandanı Nuri Kıllıgil Paşa və onun qəhrəman əsgərlərini rəhmətlə anıram”, - təbrikdə bildirilib.