Hikmət Hacıyevdən SON DƏQİQƏ AÇIQLAMASI - "Donald Trampın Bakı və İrəvan arasında..."

Hikmət Hacıyevdən SON DƏQİQƏ AÇIQLAMASI - \"Donald Trampın Bakı və İrəvan arasında...\"
SİYASƏT 15 Sentyabr 2026 10:58

Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-nin etibarlı tərəfdaşıdır.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "NewsMax"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında sülhə nail olmaq istiqamətindəki səyləri Cənubi Qafqazın strateji landşaftını dəyişib və Azərbaycanla ABŞ arasındakı münasibətlərdə yeni dövr açıb.

"Prezident Donald Tramp və Prezident İlham Əliyev Birləşmiş Ştatlar və Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni dövr təklif ediblər və ölkələr arasında strateji tərəfdaşlığa dair yeni memorandumun hazırlanması barədə razılığa gəliblər", - H.Hacıyev bildirib.