Qətər Səudiyyə Ərəbistanına husilərin hücumunu kəskin şəkildə pislədi
Qətər Xarici İşlər Nazirliyi Yəməndəki İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının mülki obyektlərinə və əhalisinə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyib.
Sitat.info xəbər verir ki, nazirliyin yaydığı açıqlamaya görə, ballistik raket və dron hücumları Xamis Muşait, Abha və Taif şəhərlərini hədəfə alıb.
Hücumlar nəticəsində bir neçə mülki şəxsin yaralandığı, yaşayış evlərinə və avtomobillərə maddi ziyan dəydiyi bildirilib.
Qətər Xarici İşlər Nazirliyi hücumları Səudiyyə Ərəbistanının suverenliyinin açıq şəkildə pozulması və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.
Qətər Səudiyyə Ərəbistanı ilə tam həmrəyliyini ifadə edib və ölkənin suverenliyini, təhlükəsizliyini və ərazisini qorumaq üçün atdığı qanuni addımları dəstəklədiyini açıqlayıb.
Nazirlik, həmçinin yaralanan şəxslərin tezliklə sağalmasını arzulayıb.
Nigar,
Sitat.info