ABŞ İran müharibəsinə neçə milyard dollar xərcləyib?

ABŞ İran müharibəsinə neçə milyard dollar xərcləyib?
Dünya 16 Sentyabr 2026 15:03

ABŞ Konqresinin Büdcə İdarəsi (CBO) İran müharibəsinin ölkəyə maliyyə yükünün artdığını açıqlayıb. Sitat.info xəbər verir ki, CBO-nun sentyabrın 14-də yayımladığı hesabata görə, ABŞ-nin İrana qarşı müharibəyə avqustun 1-dək çəkdiyi xərclər təxminən 38 milyard dollar təşkil edib. Hesabatda ölkənin sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığı bildirilib. Müharibənin davam etməsi halında ABŞ-yə hər ay əlavə olaraq 2-3 milyard dollar arasında xərc yarana biləcəyi qeyd olunub. CBO ABŞ-nin tükənmiş silah-sursat ehtiyatlarının əvvəlki səviyyəyə qaytarılmasının isə ən azı beş il çəkə biləcəyini proqnozlaşdırıb. Hesabat ABŞ Baş Müfəttişliyinin “Epik Qəzəb” əməliyyatı ilə bağlı ilk hesabatından bir gün sonra yayımlanıb. Həmin hesabatda əməliyyatın 29 iyun 2026-cı il tarixinədək ABŞ-yə təxminən 33,4 milyard dollara başa gəldiyi bildirilirdi.

Aytac,

Sitat.info