Polşa MN: Hərbçilərə hava məkanını pozan bütün obyektləri vurmaq hüququ verilib
Polşa hərbçiləri ölkənin hava məkanını pozan bütün obyektləri vurmaq hüququna malikdir.
Bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik TVN24 telekanalının efirində deyib.
Onun sözlərinə görə, belə hallarda Polşa Operativ Komandanlığının rəhbəri hər dəfə əvvəlcədən icazə verilməsi barədə əmr imzalayır.
"Polşa Operativ Komandanlığının rəhbəri hər dəfə belə vəziyyətlərdə əvvəlcədən icazə əmri verir ki, "Patriot” kimi raketdən müdafiə sistemlərimiz və hərbi pilotlarımız hazır vəziyyətdə olsun və dövlət sərhədləri daxilinə müdaxilə baş verdiyi zaman silahdan istifadə edə bilsinlər”, – Tomçik vurğulayıb.
O qeyd edib ki, mexanizm Polşa hava məkanının pozulması halında hərbçilərin operativ şəkildə müdaxilə etməsinə imkan verir.
Xatırladaq ki, Polşada Rusiyaya məxsus olduğu ehtimal edilən PUA tapılıb