Trampın sərvəti açıqlandı 

Trampın sərvəti açıqlandı 
SİYASƏT 16 Sentyabr 2026 12:53

ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar olaraq qiymətləndirilir.

Sitat.info xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

“Bu, 2024-cü il prezident seçkilərində qələbə qazandığı vaxtla müqayisədə 2,7 milyard dollar çoxdur. Lakin son bir il ərzində Trampın sərvəti təxminən 300 milyon dollar azalıb. Trampın Ağ Evə qayıtmasından sonra sərvətinin sürətlə artmasında əsas rolu kriptovalyuta layihələri və xaricdə həyata keçirilən sövdələşmələr oynayıb. Hazırda onun sərvətinin təxminən 2,4 milyard dolları kriptovalyuta və likvid aktivlərdən ibarətdir”, - məlumatda deyilib.