Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  

Göygöldə \"Chevrolet\" aşdı - Yaralılar var  
HADİSƏ 16 Sentyabr 2026 10:40

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.

Avtoqəza magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib.

"Chevrolet" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü G.Quluzadə, 2005-ci il təvəllüdlü A.Rzaxanova və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.