Son dəqiqə! İsrail bu ölkəyə hücuma keçdi 

Son dəqiqə! İsrail bu ölkəyə hücuma keçdi 
HADİSƏ 15 Sentyabr 2026 10:05

İsrail qüvvələri gecə saatlarında Livanın cənubundakı Bint-Cübeyl rayonunda yerləşən Baraşit və Quninə yaşayış məntəqələrinin ətrafını ağır atəşə tutub.

Sitat.info xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi  məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələri ərazilərə güclü zərbələr endirib və partlayışlar baş verib.

Hazırda hücumlar nəticəsində ölən və yaralananların, eləcə də dağıntıların olub-olmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, son günlər İsrail qüvvələrinin Livanın cənubunda hərbi əməliyyatları davam edir. İsrail ordusu bölgədə Hizbullahın mövqelərinə və yeraltı infrastrukturuna qarşı əməliyyatlar keçirdiyini bildirir.

Aytac,

Sitat.info