Lənkəranda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı
Lənkəranda azyaşlı üçüncü mərtəbədən yıxılıb.
Sitat.info xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsidə baş verib.
Belə ki, 2023-cü il təvəllüdlü A.A ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.
Dərhal əraziyə təcili tibbi yardım briqadası çağrılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.