"Azərbaycana bədəlli əsgərlik sistemi lazım deyil" - Politoloq

\"Azərbaycana bədəlli əsgərlik sistemi lazım deyil\" - Politoloq
TƏHLİL 16 Sentyabr 2026 13:25
"Azərbaycana bədəlli əsgəri sistem lazım deyil. Azərbaycan ordusu döyüş qabiliyyətinə və hazırlıq səviyyəsinə görə Cənubi Qafqazda birinci yerdə, dünyada isə ilk sıralardadır. Azərbaycan öz silahlı qüvvələrini Türkiyə kimi komanda briqadaları yaradaraq gücləndirir. Dünyanın siyasi nizamı yenidən qurulur və təhlükəsizlik riskləri artır. Bu gün dövlətlərin suverenliyi və təhlükəsizliyi təhdid edilir. Artıq sabitlik dövrü arxada qaldı. Hər bir dövlət güclü və nizami orduya malik olmalıdır".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, dünyada yeni münaqişə ocaqları yaranır və bu mənada Azərbaycan riskli regionda yerləşir: "Ona görə də Azərbaycan ordusu daima döyüşə hazır və güclü şəkildə müasir döyüş əməliyyatlarını uğurla həyata keçirən ordu qurub. Azərbaycanda bədəlli əsgərlik sistemini tətbiq etmək yanlışdır. Artıq Avropa silahlanır və güclü ordu yaradır. Bizim dünayanın istənilən güclü ölkəsi ilə döyüşən ordumuz var. Azərbaycanda hərbi çağırış sisteminin qüvvədə qalması təhlükəsizlik maraqlarımıza cavab verir".
M.Əsədullazadə vurğulayıb ki, Almaniya və digər Avropa ölkələri çağırış sistemini tətbiq edirlər: "Bizdə bəziləri durub deyir ki, çağış sistemini ləğv edək. Əsgərlər gəlib, hərbi hissədə bilyard oynasın. Gürcüstan hakimiyyəti Rusiyanın maraqlarını təmin edir. Öz ərazilərini işğaldan azad etməyəcəyinə görə M. Saakaşvilinin qurduğu peşəkar ordunu ləğv etdilər. Gürcüstan regionda zəif və hərbi gücü olmayan bir ölkədir".
Aytac,
Sitat.info

Digər XƏBƏRLƏR