Bilik Günü dəmir yolu ilə rekord sayda sərnişin daşındı

Bilik Günü dəmir yolu ilə rekord sayda sərnişin daşındı
SOSİAL 16 Sentyabr 2026 14:32

Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla rekord sayda səfər qeydə alınıb.

Sitat.info xəbər verir ki, 16 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları ilə 37 minə yaxın sərnişin rahat və təhlükəsiz mənzil başına çatdırılıb.

Qeyd edək ki, ADY yeni tədris ilinin başlaması ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək, səfərləri daha rahat və təhlükəsiz təşkil etmək üçün gücləndirilmiş iş rejiminə keçib.