Lavrov: "Danışıqlara hazırıq, amma hərbi əməliyyatlar davam edəcək"
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Lavrov Rusiyanın həm ikitərəfli, həm də üçtərəfli formatda danışıqlara hazır olduğunu deyib.
O, Moskvanın danışıqları heç vaxt bilərəkdən uzatmadığını və çətinləşdirmədiyini bildirib. Bununla yanaşı, Lavrov qeyd edib ki, Rusiya danışıqlar zamanı hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.
Lavrov Avropa İttifaqının Ukrayna məsələsində mövqeyini də sərt şəkildə tənqid edib və ABŞ-ın münaqişənin həlli ilə bağlı səylərini müsbət qiymətləndirib.
Aytac,
Sitat.info