Rusiya: BRİKS ölkələri milli valyutalarla hesablaşmaya keçməlidir
Rusiya BRİKS ölkələrinin maliyyə sahəsində müstəqilliyini artırmasını və milli valyutalardan daha çox istifadə etməsini təklif edir.
Sitat.info-nun TASS-a istinadən məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, BRİKS ölkələri artıq müzakirələrdən konkret addımlara keçməlidir.
Onun sözlərinə görə, milli valyutalarla hesablaşmalar xarici təsirlərdən qorunmağa və ölkələrin maliyyə müstəqilliyini gücləndirməyə kömək edə bilər.