Paşinyan: Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq

Paşinyan: Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq
Dünya 16 Sentyabr 2026 18:00
İrəvan Moskva ilə Ermənistan ərazisində (Gümrüdə) Rusiyanın 102-ci hərbi bazasının saxlanılması məsələsini müzakirə etməyə hazırdır.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Əgər Rusiya hərbi bazanın qalmasını istəyirsə, Ermənistan bu məsələni müzakirə etməyə hazırdır", - N.Paşinyan deyib.
O qeyd edib ki, Ermənistan heç vaxt Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldırmayıb.
Bununla belə, N.Paşinyanın sözlərinə görə, əgər Rusiya özü bazanı çıxarmaq qərarına gələrsə, Ermənistan buna etiraz etməyəcək, çünki onun ölkədə mövcudluğu həyati əhəmiyyət kəsb etmir.
 
///Report