Bu ölkə Ukrayna sərhədinə qoşun yeridir
Polşa Ukrayna ilə sərhəddə yerləşən nəzarət-buraxılış məntəqələrinin müdafiəsini gücləndirmək qərarına gəlib və Rusiyanın hücumlarından sonra oraya qoşun yerləşdirib.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Onun sözlərinə görə, "son günlər göstərir ki, Rusiyanın hərəkətləri bütün Avropanın təhlükəsizliyini təhdid edir", bununla əlaqədar olaraq qoşunlar Sərhəd Mühafizə Xidmətinə dəstək üçün göndərilib.
Nazir həmçinin qeyd edib ki, 18-ci Mühəndislik Alayının əsgərləri artıq Polşa-Ukrayna sərhədində nəzarət-buraxılış məntəqələrini və infrastrukturu gücləndirmək üçün işlər görürlər. Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı bildirib ki, Dorohusk, Medica və Korchow keçid məntəqələrində müşahidə məntəqələri və mühafizə məntəqələri tikən 4-cü Mühəndislik Alayının da bu işə cəlb olunduğu bildirilib.