DTX-nin sabiq rəhbəri 13 il həbs edildi
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Tiflis Şəhər Məhkəməsi bu gün qərar qəbul edib.
Məhkəmənin qərarına əsasən, Qriqol Liluaşvili ona qarşı irəli sürülmüş dörd epizod üzrə — uşaq bağçalarının idarə olunması agentliyi ilə bağlı cinayət əməllərinə, dələduzluqla məşğul olan “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıq etməkdə və iqtisadiyyat nazirinin sabiq müavini Romeo Mıkautadzenin vasitəsilə rüşvət almağın iki epizodunda təqsirli bilinib.