Tramp: Rusiya-Ukrayna münaqişəsi tezliklə başa çatacaq
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin tezliklə başa çatacağını bildirib.
Sitat.info xəbər verir ki, Tramp bu barədə Şimali Karolinada keçirilən mitinq zamanı danışıb.
“Rusiya və Ukraynanın razılaşması üçün çox çalışırıq. Bilirsiniz, mən səkkiz müharibəyə son qoymuşam. Ən çətini isə Rusiya ilə Ukrayna arasındadır, çünki liderlər bir-birinə nifrət edirlər”, – deyə Tramp bildirib.
ABŞ prezidenti münaqişənin ölkədə dizel yanacağının qiymətlərinin artmasına təsir etdiyini də qeyd edib.
“Amma bu, tezliklə bitəcək”, – deyə Tramp əlavə edib.
Tramp son günlər Rusiya neft emalı zavodlarına və digər enerji obyektlərinə Ukraynanın zərbələrinin qlobal dizel təchizatına və qiymətlərə təsir etdiyini də bildirib.