Baş nazir Karantin rejimi ilə bağlı QƏRAR İMZALADI
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılır.
Qeyd edək ki, bundan öncə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılmışdı.