35,3 min şəxsə əlillik təyin olunub

35,3 min şəxsə əlillik təyin olunub
SOSİAL 17 Sentyabr 2026 11:20
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 35,3 min şəxsə əlillik təyin edilib.

Bu barədə Sitat.info-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 14,7 min şəxsə ilkin, 20,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.