Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu
HADİSƏ, Dünya 17 Sentyabr 2026 13:10
Ermənistanda zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:17-də Şoğakat kəndindən 3 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 2,8 olub.

Zəlzələnin episentrində təkanların gücü 3-4 bal təşkil edib.