Vəzifəli şəxs PUA hücumunda öldü

Vəzifəli şəxs PUA hücumunda öldü
Dünya 17 Sentyabr 2026 13:52
Zaporojye bölgəsindəki seçki komissiyasının (MSK) sədri Ukrayna pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olub.

 Sitat.info xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat verib.

Həlak olan Yelena Astanina 2022-ci ildən bəri seçki sistemində fəaliyyət göstərirdi. O, DXR, LXR, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun təşkilində iştirak etmişdi. O, sentyabrın 20-nə təyin edilmiş Dövlət Dumasına seçkilərdə də iştirak etməli idi.