Paşinyan rus dilini öyrənir

Paşinyan rus dilini öyrənir
Dünya 17 Sentyabr 2026 13:45
Ermənistanın baş naziri Nikol Paşinyan əlavə rus dili kurslarına gedir.

Sitat.info xəbər verir ki, o, bunu Ermənistan hökumətinin iclasında açıqlayıb.

Paşinyanın sözlərinə görə, daha səmərəli işləmək üçün dövlət qulluqçuları xarici dilləri, ilk növbədə ingilis dilini öyrənməlidirlər. O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə xarici dil biliyi tələbinin daxil edilməsini təklif etdi.

"Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərində iştirak edirəm. Digərləri yapon, çin, ispan və ya alman dillərində dərslər keçə bilərlər", - baş nazir bildirib.