“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”

“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
SİYASƏT 17 Sentyabr 2026 13:29
“Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir”.

Sitat.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.

“Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq. Qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir”, - dövlət başçısı bildirib.

“Yəni ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”, - Prezident vurğulayıb.