“Sovetski”də söküntü ərazisindən meyit tapıldı

“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
KRİMİNAL 14 Sentyabr 2026 17:26
Bakıda söküntü ərazisindən meyit tapılıb

Sitat.info xəbər verir ki, hadisə sentyabrın 13-ü saat 17 radələrində Ş.Rəhimov küçəsi 43-də baş verib.

“Sovetski”də sökülən binanın qalıqları arasından üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti aşkar edilib.

Həmin şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.

Araşdırma aparılır.