Tramp İranla birbaşa danışıqlar apardığını iddia edir: Diplomatiya yenidən canlanır?

Tramp İranla birbaşa danışıqlar apardığını iddia edir: Diplomatiya yenidən canlanır?
Dünya 17 Sentyabr 2026 18:05

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İranla müharibəsinin “ümid edirəm ki, sonuna yaxınlaşdığını” bildirib. O, Tehran rəsmiləri ilə birbaşa danışdığını iddia edib.

Sitat.info xəbər verir ki, bu açıqlama Yəməndə döyüşlərin davam etməsinə baxmayaraq, diplomatik təmasların yenidən bərpa oluna biləcəyi ehtimalını gündəmə gətirib.

Lakin İranın Ali Milli Təhlükəsizlik Şurasının üzvü Möhsün Rzayi Trampı “qarışıq siqnallar” göndərməkdə ittiham edib və İranın şərtləri yerinə yetirilməyənədək heç bir danışıqların mümkün olmayacağını bildirib.

Keçmiş iranlı diplomat Abbas Xameyar isə Trampın iddialarını təkzib edib. O, “Al Jazeera”ya açıqlamasında bildirib ki, son həftələrdə artıq aparılan səylərdən əlavə hər hansı yeni təşəbbüs olduğunu düşünmür.

Xameyarın sözlərinə görə, ABŞ tərəfinin yaydığı narrativdə Trampın tvit və açıqlamalarına istinad edilərək iranlıların ABŞ-a zəng etdiyi, görüş üçün yalvardığı və buna can atdığı iddia olunur.

“Amma buna heç kim inanmır və hadisələr bu şəkildə inkişaf etməyib”, - keçmiş diplomat bildirib.

Aytac,

Sitat.info