Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı
İdman 18 Sentyabr 2026 12:00
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb.

Sitat.info xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. 

Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə qarşılaşacaq.