İrandan husiləri dayandırmağı xahiş etdi
Sitat.info xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pakistan ordusunun baş komandanı Asim Munir dəfələrlə İran rəhbərliyindən husilərin Səudiyyə Ərəbistanına və onun enerji infrastrukturuna hücumlarının dayandırılması məqsədilə köməklik göstərməsini xahiş edib. Bildirilir ki, o, xahişini İslamabadın Ər-Riyad qarşısındakı öhdəlikləri ilə əsaslandırıb, lakin konkret hədələr səsləndirməyib.
Nəşrin mənbələrindən biri həmçinin qeyd edib ki, bu ilin aprel ayında Səudiyyə Ərəbistanının şərqindəki hava bazasında qırıcılar yerləşdirən İslamabad hazırda çətin vəziyyətə düşüb. Pakistan 2015-ci ildə Səudiyyə Ərəbistanının Yəmənə hava zərbələrinə qoşulmaqdan imtina etsə də, hazırkı vəziyyət İslamabadı krallıq qarşısındakı müttəfiqlik öhdəliklərini yerinə yetirməyə vadar edir.
Xatırladaq ki, sentyabrın əvvəlindən etibarən Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatının döyüşçüləri arasında aktiv hərbi əməliyyatlar başlayıb. Husilər son 24 saat ərzində Ər-Riyadın onların mövqelərinə 40 hava zərbəsi endirdiyini bəyan ediblər. Buna cavab olaraq onlar Səudiyyə Ərəbistanının Yanbu limanına və Xamis Muşayt aviabazasına zərbələr endiriblər.
Avqustun əvvəllərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə sazişinə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilmiş kimi qəbul edilir.
\\\Qafqazinfo