Hasil Abbasov gənc xanıma yüksək vəzifə verdi - Foto

Hasil Abbasov gənc xanıma yüksək vəzifə verdi - Foto
HADİSƏ 19 Sentyabr 2026 10:36
Zeynəb Zamanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub.

Sitat.info İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Z.Zamanova 2022-ci ildə Agentliyin komandasına qoşulub. O, həmin tarixdən yeni təyinatadək şöbədə aparıcı, böyük və baş məsləhətçi vəzifələrində çalışıb.