Qubada yol qəzasında 5 nəfər xəsarət alıb 

Qubada yol qəzasında 5 nəfər xəsarət alıb 
HADİSƏ 18 Sentyabr 2026 16:14

Bakı-Quba yolunun Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.