Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü 

Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü 
TƏHLİL, Dünya 18 Sentyabr 2026 14:16

Pakistanın Xeybər-Paxtunxva əyalətində cümə namazı zamanı məscidin yaxınlığında partlayış törədilib.

Sitat.info “Geo TV”yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 15 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. 

Sözügedən məscidin polis bölməsinin yaxınlığında yerləşdiyi bildirilir.

Partlayış nəticəsində məscidin divarlarından biri uçub, hadisə yerində xilasedicilər çalışır.

Digər XƏBƏRLƏR