Bu ölkədə 3500-dən çox insan eboladan öldü
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 404-ə yüksəlib.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ebola epidemiyası ölkənin 7 əyalətinin 62 bölgəsində yayılıb. Virus səbəbilə 3 577 nəfər həyatını itirib, 1 776 xəstə isə sağalıb. Son 24 saat ərzində 23 xəstənin sağaldığı bildirilib. Epidemiyanın qarşısını almaq üçün bəzi əyalətlərdə peyvəndləmə işləri sürətləndirilib, sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib. Qeyd edək ki, may ayında başlayan Ebola epidemiyasına səbəb olan “Bundibugyo” variantına qarşı təsdiqlənmiş müalicə və peyvəndin olmadığı bildirilir.