“İnter”in əfsanəvi hücumçusu öldü
“İnter”in keçmiş hücumçusu, bütün futbolçu karyerasını Milan təmsilçisində keçirən Sandro Mazzola 83 yaşında dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qeyd olunub ki, Mazzola təkcə “İnter” tarixinin deyil, bütövlükdə futbol tarixinin önəmli simalarından sayılırdı. O 1960-1977-ci illərdə “İnter”in heyətində 567 oyuna çıxıb, 162 qol vurub və 15 məhsuldar ötürmə edib.
Mazzola İtaliya millisinin heyətində isə 70 qarşılaşmada iştirak edib və 22 qol vurub.