Qaxda iki maşın toqquşdu - Xəsarət alanlar var - Foto
Qaxda iki minik avtomobili toqquşub.
Sitat.info xəbər verir ki “Qafqazinfo”nun məlumatına görə, hadisə səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar - Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. onlardan G.Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.