Həbsdə ölən sabiq icra başçısının binası - Satışa çıxarıldı

Həbsdə ölən sabiq icra başçısının binası - Satışa çıxarıldı
HADİSƏ 19 Sentyabr 2026 10:00
Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.

Sitat.info xəbər verir ki , Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.

İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.

Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.

Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib.

\\\Qafqazinfo