Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb.
Sitat.info xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü Qasımova Ramilə Əvdil qızı həyat yoldaşı, 1959-cu il təvəllüdlü Qasımov Nizaməddin Davud oğluna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.