“İddia edirlər ki, erməni kilsələrini albanlaşdırmağa çalışırıq”
Sitat.info xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.
“Burada emosiyalara qapılmaq lazım deyil. Azərbaycan ərazisində erməni kilsələri də var, xristian kilsələri də. Məsələn, Bakının mərkəzində erməni kilsəsinin olduğunu hamımız bilirik.
Bizim mövqeyimiz ondan ibarət deyil ki, Azərbaycan ərazisində mövcud olmuş bütün xristian irsini özümüzünkü hesab edək.
Əsas problem ondan ibarətdir ki, Qafqaz Albaniyasının tarixinin inkar edilməsi və onun tamamilə erməni tarixi kimi təqdim olunması cəhdləri var. Qafqaz Albaniyasının tarixinin bu bölgənin xristian irsi və tarixi ilə bağlı mühüm yeri var. Buna görə də məsələyə elmi əsaslarla, emosiyalara varmadan cavab vermək lazımdır”, - o bildirib.
///Qafqazinfo