Rusiya Dövlət Dumasına seçkinin nəticələri AÇIQLANDI
Rusiyada Dövlət Dumasına seçki başa çatıb.
Sitat.info "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələrindən çıxan seçicilər arasında keçirilən sorğuya əsasən, hakim "Vahid Rusiya" partiyasına seçicilərin 49,4%-i səs verib.
Rusiya Kommunist Partiyası 14.2%, Liberal Demokrat Partiyası 10.7%, "Yeni insanlar" partiyası 9.7%, "Ədalətli Rusiya" partiyası isə 6.6% səs toplayıb.
Daha əvvəl Dövlət Dumasına seçkidə rekord seçici fəallığının qeydə alındığı bildirilib. Seçici fəallığı 56.57% təşkil edib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçki sentyabrın 18-də başlayıb və səsvermə üç gün davam edib.