“Turan Tovuz” “Zirə”ni məğlub etdi
Bu gün Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Sitat.info xəbər verir ki, bu gün start götürən 2 matçdan biri artıq başa çatıb.
Turun mərkəzi görüşündə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edib. Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə “Sabah” “İmişli” ilə qarşılaşır.
Misli Premyer Liqası VI tur 19 sentyabr17:30. “Turan Tovuz” - “Zirə” - 1:0
Qol: Filip Damyanoviç, 90+6